Bayden Lvovda görüşmək təklifini rədd edərək Kiyevə gedib

21-02-2023, 10:35           
Bayden Lvovda görüşmək təklifini rədd edərək Kiyevə gedib
Rusiya rəsmiləri ard-arda açıqlama verirlər ki, onlar Kiyevə getməsi üçün ABŞ prezidenti Co Baydenə təhlükəsizlik təminatı veriblər.
Yəni demək istəyirlər ki, Bayden Kiyevdə olduğu saatlarda Ukraynanın paytaxtına zərbə endirməyəcəkdilər.
Bu açıqlamalar Baydeni aşağılamaq məqsədi daşıyır. Guya Kreml təhlükəsiylik təminatı verməsəydi ABŞ prezidenti Kiyevə ayağını basmayacaqdı.
Əlbəttə, Co Bayden Kiyevə gəlmədən öncə ABŞ kəşfiyyat strukturları prezidentin təhlükəsizliyi üçün bütün tədbirləri görüblər.
Ancaq Kremlin təhlükəsizlik təminatına inanmaq olarmı? Baydenə ukraynalı həmkarı Volodimir Zelenski ilə Polşa-Ukrayna sərhədinə yaxın Lvov şəhərində görüşməyi təklif ediblər. O bu təklifi rədd edərək Kiyevə gedib.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru