Ned Prays: "Rusiya tərəfindən məsuliyyətsiz davranışlar müşahidə edilir"

21-02-2023, 22:05           
Ned Prays: "Rusiya tərəfindən məsuliyyətsiz davranışlar müşahidə edilir"
ABŞ son bir ildə Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında müqavilənin müddəalarına əməl olunması məsələsində Rusiya tərəfindən məsuliyyətsiz davranışlar müşahidə edib.
Teref.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın bu müqavilədə iştirakını dayandırmasının praktiki nəticələrini öyrənəcək.

"Rusiyanın praktiki olaraq atacağı konkret addımları diqqətlə izləyəcəyik. Hələlik biz strateji nüvə qüvvələrinin hazırlığını dayandırmaq üçün heç bir səbəb görməmişik, lakin hər gün vəziyyəti diqqətlə izləyirik", - o əlavə edib.\\Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru