Litva ATƏT PA-nın sessiyasını boykot edəcək

22-02-2023, 12:58           
Litva ATƏT PA-nın sessiyasını boykot edəcək
Litva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) fevralın sonunda Vyanada keçiriləcək sessiyasını Rusiya nümayəndələrinin iştirakına icazə verildiyinə görə boykot edəcək.

Bu barədə jurnalistlərə ATƏT PA-da Litvanın nümayəndə heyətinin rəhbəri Viliya Aleknayte-Abramikene bildirib.

“Bizim yekun mövqeyimiz sessiyada iştirak etmək deyil. Avstriya hökumətinin Rusiya nümayəndələrinə viza verilməsi ilə bağlı qərarı hələ rəsmən təsdiqlənməyib, lakin qeyri-rəsmi kanallar vasitəsilə biz onlara müraciət edən hər kəsin viza alacağını öyrəndik”, - o deyib.

Vilnüs Baltikyanı ölkələri, şimal dövlətlərini və Polşanı Rusiya Federasiyasının nümayəndələrinin iştirakına icazə verildiyi halda ATƏT PA-nın sessiyasında iştirakla bağlı ümumi mövqe tutmağa çağırıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru