Tramp Ukraynadakı müharibəni bir günə bitirə biləcəyini iddia etdi: “Mənə sadəcə iki telefon zəngi lazımdır”

22-02-2023, 11:18           
Tramp Ukraynadakı müharibəni bir günə bitirə biləcəyini iddia etdi:
“Ukraynadakı müharibəni həll edə biləcəyimə zəmanət verirəm”.

Bu sözləri ABŞ-nin 45-ci prezidenti Donald Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tramp bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni bir günə başa çatdırıla bilər. O iddia edib ki, bunun üçün ona yalnız iki telefon zəngi lazımdır.

Siyasətçinin sözlərinə görə, o yenidən ABŞ Prezidenti seçilərsə, dərhal Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcək. Tramp onlarla görüş təşkil edə biləcəyinə əmindir.

“Qələbəmin təsdiqləndiyi gecə mən Putin və Zelenskiyə zəng edəcəyəm. Onlara görüşməli olmağımız barədə söyləyəcəyəm. Bu problemi həll edə biləcəyimə zəmanət verirəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkilərinin 2024-cü ilin noyabrında keçirilməsi nəzərdə tutulub. Tramp prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru