“Putin sülh istəmir, o, yeni hücuma hazırlaşır” – Stoltenberq

22-02-2023, 10:28           
“Putin sülh istəmir, o, yeni hücuma hazırlaşır” – Stoltenberq
Rusiya prezidenti Vladimir Putin sülh istəmir, o, Ukraynada yeni hücuma hazırlaşır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellə birgə mətbuat konfransında Putinin Federal Məclisdə mesajını şərh edərkən deyib.

“Bu gün gördüyümüz odur ki, prezident Putin sülhə hazırlaşmır, o, müharibəyə, yeni hücumlara hazırlaşır. O, Ukraynaya daha çox qoşun və daha çox silah göndərməyə hazırlaşır”, – Stoltenberq bildirib.

O, bir daha Ukraynanı dəstəkləməyin vacibliyini vurğulayıb.

“Ona görə də, biz Ukraynanı dəstəkləməliyik, çünki bu, Ukrayna üçün faciə olacaq. Eyni zamanda, Putinin Ukraynada qalib gələcəyi təqdirdə, bu, hamımız üçün təhlükə olacaq”, – Stoltenberq əlavə edib.
UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru