Arayik və Qurgen İrəvanda Paşinyanın xeyir-duasını aldı... - Vardanyan artıq gedir?..
23-02-2023, 11:22
Bu gün Arayik Arutyunyanın fərmanı ilə Ruben Vardanyan "dövlət naziri" vəzifəsindən azad ediləcək.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Ermənistanın “Past” qəzeti yazıb.
Erməni qəzetinin daha sonra yazdığına görə, dünən - fevralın 22-də Arayik Arutyunyan və separatçı-terrorçu rejimin qanunsuz "baş prokuroru" Qurgen Nersisyan Nikol Paşinyanın yanında olub və Vardanyanın yerinə Nersisyanın "dövlət naziri" təyin olunması üçün onun “xeyir-duasını” alıblar.
"Yeri gəlmişkən, Nersisyan əvvəlcə dövlət naziri təyin olunacağı, daha sonra isə Artsaxın prezidentliyinə ambisiyalarının olması barədə məlumatlara son dərəcə şiddətlə reaksiya verib və bu məlumatı ona qarşı təşkil edilmiş “kampaniya” adlandırıb. Ancaq necə deyərlər, bu haqda növbəti dərsdə danışacağıq”- erməni nəşri belə yazır.
P.S. Maraqlı bir sual da ondan ibarətdir ki, əgər məlumat doğrudursa, Arayik və Qurgen Xankəndindən İrəvana necə gedib?..