10 noyabr sazişi yalnız bizə qarşı QÜVVƏDƏDİR... - FAKT BUDUR!

23-02-2023, 16:21           
10 noyabr sazişi yalnız bizə qarşı QÜVVƏDƏDİR... - FAKT BUDUR!
2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə bəyannamə imzalandı.
Bundan sonra sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlandı. Müxtəlif platformalarda danışıqlar aparıldı, Brüssel, Soçi, Praqa görüşləri keçirildi. Sülh danışıqları bu gün də davam edir. Nəticə isə göz qabağındadır.

Əksər politoloqlar məsələnin yenə hərbi yolla həll edilməsinin tərəfdarıdır.

Maraqlıdır, sülh danışıqları nəticəsiz qalarsa, hərbi yola yenidən baş vurmaq mümkündürmü?

“Sülh danışıqları istiqamətində ciddi addımlar atılır. Yəni artıq ermənilərin verdiyi təkliflər öyrənilir. Eyni zamanda bizim təkliflərə cavab verilməlidir. Bu məsələnin fərqli yolla həll olunması ən axırıncı məqamdır.

Bu məlum məsələdir ki Azərbaycan öz ərazisində hansısa antiterror əməliyyatı da, hərbi əməliyyatlar da keçirə bilər”. Dia.az-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, 10 noyabr sazişinə uyğun olaraq əsas məsələ ərazimizdən silahlı erməni qüvvələrinin, terrorçuların çıxarılmasıdır. Bu hər yerdə öz əksini tapıb.

Deputat hesab edir ki, əgər bu proses indiki kimi davam etsə onları hərbi yolla da çıxartmaq olar.

“Qarabağın ərazisində, Xankəndində konstitusiyamızı bərpa etmək üçün öncə danışıqlara getmək, bundan sonra son məqam kimi hərbi gücdən istifadə etmək olar. Lakin bu gün hələ ki, danışıqlar daha üstündür. Artıq bir neçə platforma yaranıb. ATƏT-in Minsk qrupunun həmsədrliyi öz missiyasını yerinə yetirə bilmədi. Bu Blinkenin çıxışında da vurğulandı. Eyni zamanda, Gürcüstan platforması yarana bilər. Rusiya məsələsi, Avropa… Bütün bu istiqamətlərdə müvafiq müstəvi var ki, danışıqlar davam etdirilsin. Ermənistana təzyiq, təsir göstərilsin. Sülh daha vacibdir. Hərbi yolla bu məsələnin həll edilməsi axırıncı variant ola bilər”-deyə deputat əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.