Bayden Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır

24-02-2023, 08:24           
Bayden Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır
"Rusiyanın nüvə silahından istifadə edəcəyini düşünmürəm" - Bayden
Rusiyanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsinindən (START) çıxması nüvə silahından istifadə etməyi düşündükləri qənaətinə gəlməməlidir.
Bunu ABŞ prezidenti Co Bayden "ABC News"a müsahibəsində deyib.
Bayden Rusiyanın bu qərarının "böyük səhv" olduğunu və məsuliyyətli bir hərəkət olmadığını qeyd edib.
"Lakin mən bundan belə nəticə çıxarmıram ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahı və ya buna bənzər bir şey istifadə etməyi düşünür".
Bu problemi həll edə biləcəklərinə əmin olduğunu bildirən Bayden, silahlara nəzarət müqavilələrinin hər iki tərəfin və dünyanın maraqlarına uyğun olduğunu bildirib.
Bayden bildirib ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyində dəyişiklik əlaməti yoxdur.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru