Viktoriya Nuland: ABŞ Ukraynaya beşinci nəsil qırıcıların verilməsini müzakirə edir

24-02-2023, 08:38           
Viktoriya Nuland:
ABŞ Ukraynaya beşinci nəsil qırıcıların verilməsini müzakirə edir.Bu, onun uzunmüddətli ehtiyaclarının ödənilməsinin bir hissəsi kimi baş verə bilər.

Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “The Washington Post” qəzetinə müsahibəsində deyib: “Biz müzakirələri davam etdirir, uzunmüddətli hava hücumundan müdafiəni nəzərdən keçiririk. Avropanın bəzi ölkələri onları təmin etməkdə maraqlıdır. Bu, onların etməli olacaqları seçimdir.

Amma yenə də bu, dəyişən mənzərədir, görürük ki, Ukraynanın buna ehtiyacı var”, – deyə o, 4-cü və ya 5-ci nəsil qırıcıların verilməsi imkanını şərh edərkən bildirib. Nuland qeyd edib ki, ABŞ Ukraynanın döyüş meydanında növbəti addımlar üçün hansı avadanlıq və hansı təlimlərə ehtiyacı olması ilə bağlı qiymətləndirmələri əsasında yardım planı hazırlayır.

Lakin o vurğulayıb ki, söhbət təkcə qarşıdan gələn yaz döyüşünə hazırlaşmaqdan deyil, həm də Ukrayna qüvvələrinin gələcəyindən gedir: “Biz əmin olmalıyıq ki, Ukrayna özünü Putinin qayıdışından qorumaq üçün kifayət qədər güclüdür. Çünki biz bu addımı indi görürük… O, sadəcə olaraq, bərpa olunmağa və geri qayıtmağa vaxt xərcləyir. Biz artıq verdiyimiz şeylərdən bəzilərini, bəlkə də hələ vermədiklərimizi də daxil edəcəyik, bunun üçün təlimlər keçirəcəyik”, – Nuland vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.