"Zəngəzur dəhlizindən söhbət gedə bilməz, bu, Ermənistan üçün qırmızı xəttdir" - Qriqoryan

24-02-2023, 11:24           
"Zəngəzur dəhlizindən söhbət gedə bilməz, bu, Ermənistan üçün qırmızı xəttdir" - Qriqoryan
“Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlarda iştirak etməyəcək”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu FactorTV-yə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlarda iştirak etməyəcək.

Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, Ermənistan hökuməti əvvəllər üç keçid məntəqəsinin yeri barədə qərar qəbul edib, oradan kommunikasiyaların açılması mümkün olub.

“Bakıdan reaksiya gözləyirik. Amma ekstraterritorial kontekst müzakirə olunmayacaq, bu, Ermənistan üçün qırmızı xəttdir. Noyabrın 9-da verilən bəyanata görə, Ermənistan ərazisindən keçən dəhlizlə bağlı razılaşma yoxdur. Yəni, bu, Azərbaycanın fikridir, bu ritorika proseslərə təsir etməyib və etməyəcək”, – Qriqoryan qeyd edib.

O deyib ki, bu məsələ ilə bağlı heç bir şifahi razılaşma yoxdur.

“Ermənistan “blok”un açılmasında maraqlıdır və biz mexanizmlər təklif etmişik. Nə 9 noyabr bəyanatında, nə də Rusiya Prezidentinin 10 noyabr fərmanında Ermənistanın FTX-nin nəzarəti altında olan yolu (Zəngəzur koridoru – red.) verməyi öhdəsinə götürdüyü deyilib. Bu yola Ermənistan nəzarət edəcək və FTX artıq Ermənistan tərəfindən bu öhdəliyin yerinə yetirilməsinə nəzarət edəcək”, – deyə Qriqoryan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.