Xankəndidə etiraz və panika: - təxliyyə xəbəri yayılıb, “Rədd olun, acımızdan ölürük”

24-02-2023, 16:21           
Xankəndidə etiraz və panika: -
Xankəndidə vəziyyət yenə qarışıb. JAMAZ.İNFO xəbər verir ki, Qarabağda yaşayan ermənilər faktiki durumda yaşaya bilmədiklərini, Laçın dəhlizi ilə keçmək imkanlarının olmadığını, ən əsası isə sosial-iqtisadi durumlarının çox ağır olmasını əsas gətirərək, etirazlar edirlər.

Qarabağda ərzaqları əl altdan satırmışlar

Qeyd edək ki, dekabrın 12-dən Laçın dəhlizi üzərində keçirilən aksiyanı “humanitar böhran” kimi beynəlxalq təşkilatlara sırımağa çalışan erməniləri istəkləri həyata keçməyib. Bir neçə gündür Qarabağda ərzaq çatışmazlığı barədə yayılan xəbərin də yalan olduğu üzə çıxıb.

Məlum olub ki, hər gün Laçın dəhlizi vasitəsi ilə Xankəndinə onlarla yük maşını dolusu ərzaq və dərman gətirilir. Lakin həmin ərzaqların böyük qismi piştaxtalara çıxarılmır. Onların əl altdan camaata baha qiymətə satıldığı da təsdiqlənib.

Maraqlı məqam odur ki, bu məsələdə Arayik Harutyunyanla Ruben Vardanyan bir birilərini ittiham edirlər. Hər iki tərəf ərzaqları öz mağa şəbəkələrində əl altından satdıqlarını deyirlər. Hətta erməni jurnalist Nairi Hohikyan da bu faktı təsdiqləyib. O bildirib ki, Qarabağda Ruben və Arayik əl altdan əhaliyə baha qiymətə ərzaq satırlar.

Ermənilər isə daha baha qiymətə ərzaq almaq imkanlarının olmadığını dilə gətirirlər. Əvvəlləd vəziyyəti başa düşdüklərindən dinməsələr də, son günlər bunun bir oyun olduğunun fərqinə varmağa başlayıblar. Ona görə də, etiraz edənlərin sayı da çoxalmağa başlayıb.

Mədəniyyət Evidən etiraz aksiyası: “Acımızdan ölürük”

“Hraparak” qəzeti yazır ki, fevralın 20-də Xankəndidəki Mədəniyyə Evində Arayik Harutyunyanın rəhbərliyi ilə keçirilən tədbir etiraz aksiyasına çevrilib. Belə ki, qondarma rejimin 35 illiyinə toplaşan erməniləri Arayikin “birləşmək, bir olmaq çağırışına məhəl qoymayaraq, onu tənqid etməyə başlayıblar.

Həmin tədbirdə iştirak edən Xankəndi Universitetinin “rektoru” Hamlet Gevorqyan bildirib ki, etirazçılar Arayik Harutyunyan, onunla birlikdə tədbirə qatılmış Ruben Vardanyan və digərlərini ittiham ediblər. “Nə bayram, nə iş? Biz acından ölürük” deyən etirazçılar separatçıları insanları ac qoymaqda ittiham ediblər. “Laçın dəhlizində aksiya başlayan günün səhəri Xankəndidə kələm yoxa çıxdı. Kənd təsərrüfatı nazirliyi nəyə lazımdır?”

Bundan sonra tədbirdə ara daha da qarışıb. Bu dəfə Arayikin rəhbəri olduğu qondarma “azad vətən partiyası”nın keçmiş “deputat”ı Qaqik Petrosyanın atası Razmik prosesə qoşulub. O, üzünü Arayik Harutyunyana tutaraq deyib ki, Qarabağ erməniləri onları qəbul etmir. “Görmürsən, heç kim sizi qəbul etmir? Bacarmırsız, çıxın gedin. Oturub özümüz haqqında özümüz qərar verəcəyik”.

Həmin tədbirdə Smvel Babayan da etirazçıların qəzəbinə tuş gəliblər. Belə ki, Babayan çox pafoslu və millətçi çıxış etsə də, tədbir iştirakçıları onun sözlərinə gülərək, “Samvel hələ də böyüməyib” deyərək, ələ salıblar.

Təxliyyə xəbəri yayılıb

Dünən Ruben Vardanyanın “işdən” çıxarılmasının ardından, bu gün şəhərdə ermənilərin təxliyyə xəbərləri yayılıb. JAMAZ.İNFO xəbər verir ki, Facebookda Xankəndidə yaşayan ermənilərin təxliyyəsi üçün avtobusların ayrıldığı qeyd olunub.

Bu xəbərdən sonra şəhərdə ermənilər arasında çaxnaşma düşüb. Bir çoxları əşyalarını yığaraq, avtobusun ayrıldığı şəhər avtovağzalına yola düşüb. Durumun qəlizləşdiyini, ermənilərin panika içində olduğunu görən separatçılar təcili tədbirlər görməyə başlayıblar. Onlar dərhal xəbər yayıblar ki, təxliyyə barədə deyilənlər yalandır və hamı evinə qayıtsın.

Erməni tərəfi bu məsələdə Azərbaycan xüsusi xidmət orqanlarını günahlandırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.