Qubad İbadoğlunun təşkilatında növbəti qalmaqal - Növbə qadınlara çatdı

24-02-2023, 21:16           
Qubad İbadoğlunun təşkilatında növbəti qalmaqal - Növbə qadınlara çatdı
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü Gülnarə Abbasova təşkilatla yollarını ayırıb.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Gülnarə Abasova istefasının səbəbini hərəkat üzvlərinin ona qarşı apardığı şər-böhtan kampaniyası ilə əlaqələndirib:

"ADR-in sıralarına iki il öncə daxil olmuşam. Hərəkatın Binəqədi təşkilatında, eləcə də qadınlar qolunda fəaliyyət göstərdim. Baxıram ki, burada qalmağın mənası yoxdur, mənə qarşı şər-böhtan atılır. Özü də bu təbliğat yalnız şəxsimə qarşı deyil, eləcə də digər qadınlara qarşı aparılır. Hərəkatın sədri Qubad İbadoğludur, amma təşkilatı Ədalət Yusub idarə edir. Bu, necə olur? Mən Ədalət Yusubun rəhbərlik etdiyi hərəkatın üzvü ola bilmərəm. Amma Ədalət Yusub da Qubad bəyin xəbəri və icazəsi olmadan heç nə edə bilməz”.

Gülnarə Abbasovanın sözlərinə görə, hərəkatda baş verən bu biabırçılıqlar barədə Qubad İbadoğluna məlumat verib:

"Mənə dedi ki, "gələcəm, hər şey yaxşı olacaq”. Qubad İbadoğlu məndən soruşur ki, "onlar səndən nə istəyirlər?”. Necə nə istəyirlər? Sizin Ədalət Yusubun qarşısında gözükölgəliyiniz nədir? İzahat verin, oturmusunuz İngiltərədə, vermisiniz hərəkatı da Ədalətin ixtiyarına. Belə olmur, çox təəssüf”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında istefa dalğası yaşanmışdı. İstefa verənlər arasında təşkilatın qurucuları Səxavət Əlisoy, Əli Kərbalayı, Rüfət Əliyev və başqaları var idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.