Makron və Şolts Zelenskiyə sülh üçün təzyiq edir - VSJ

25-02-2023, 09:22           
Makron və Şolts Zelenskiyə sülh üçün təzyiq edir - VSJ
Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Parisdə üçtərəfli görüşdə onu Rusiya ilə sülh danışıqlarına başlamağa inandırmağa çalışıblar.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" bildirib.

“Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə Fransa və Almaniya kimi ölümcül düşmənlərin belə II Dünya müharibəsindən sonra sülh bağlamağa məcbur olduğunu söyləyib”, - deyə mənbələr bildiriblər.

Həmçinin, Fransa lideri Zelenskini inandırmağa çalışıb ki, o, sonda hərbi lider rolundan imtina edib siyasi qərarlara keçməli olacaq.

Daha sonra Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron açıq şəkildə müharibənin nəticəsinin döyüş meydanında həll olunacağına şübhə etdiyini bildirib.

"İndi bizə lazım olan odur ki, Ukrayna danışıqlara qayıtmağa yol açmaq üçün Rusiya cəbhəsini geri çəkilməyə məcbur edən hərbi hücuma keçsin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.