"Ermənistan indi fiziki olaraq iki faktora görə mövcuddur - Rusiya və İran" - Tevanyan

26-02-2023, 00:00           
"Ermənistan indi fiziki olaraq iki faktora görə mövcuddur -
“Ermənistan indi fiziki olaraq iki faktora görə mövcuddur – Rusiya və İran”.

Teref.Az xəbər verir ki, bunu “Hayastan” parlament fraksiyasının deputatı Andranik Tevanyan Gənclər Forumunda çıxışı zamanı deyib.

“9 noyabr 2020-ci il tarixindən sonra biz tamam başqa ölkədə yaşayırıq. Müharibə elə nəticələrə gətirib çıxarıb ki, Ermənistan artıq Qarabağın təhlükəsizliyinin təminatçısı deyil. Üstəlik, öz təhlükəsizliyininə təminat verə bilmir.

Ermənistan hazırda iki amil – Rusiya və İrana görə fiziki olaraq mövcuddur. Bu iki amil olmasaydı, Ermənistan və Qarabağ sadəcə mövcud olmazdı. İran Zəngəzur üstündə qarşıdurmaya girməyə hazırdır. Ermənistan-Türkiyə sərhədi rus qoşunları tərəfindən qorunur. Qarabağ isə Rusiya sülhməramlıları sayəsində qorunur.

Və bütün bunlarla Ermənistan hakimiyyəti Rusiya bizim düşmənimiz, Türkiyə isə dostumuz olduğunu təbliğ edirlər.

Üstəlik, inandırmağa çalışırlar ki, biz Azərbaycanla münasibətləri tənzimləyə və sülh şəraitində yaşaya bilərik”, – deyə Tevanyan bildirib. \\KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.