Ruslardan Ukraynaya dəstək - Səfirlik qarşısında etiraz etdilər

26-02-2023, 08:56           
Ruslardan Ukraynaya dəstək -
Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ilə əlaqədar Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar səfirlik binasını Ukrayna bayrağının rəngləri ilə işıqlandırıb.
HaberTürk bildirir ki, ABŞ-da yaşayan ukraynalıların, ABŞ və digər ölkələrin nümayəndələrinin, eləcə də rusların iştirak etdiyi aksiyada Rusiyaya müharibəni dayandırması üçün çağırış edilib.
“Müharibəyə son”, “Ukraynanı xilas et”, “Ukrayna, biz səninləyək” kimi şüarlar səsləndirən aksiya iştirakçıları müharibədə həyatını itirənlərin xatirəsinə şam yandırıblar.
Aksiyada iştirak edən ruslar “Hər kəs Ukraynanın yanında olmalıdır” və “Rusiya təkcə Ukraynaya qarşı deyil, həm də Qərbin demokratik mədəniyyətinə qarşı mübarizə aparır” - deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru