Legion sərhəddə: Rusiyaya hücuma keçir - Video

1-06-2023, 13:54           
Legion sərhəddə:
Biz, Rusiyanın Azadlığı Legionu, vətənimizin sərhədinin yaxınlığındayıq. Çox tezliklə sülh və sabitlik gətirmək üçün Rusiyaya girəcəyik. Qrayvoron (Belqorod vilayətində şəhər – red.) sadəcə başlanğıcdır.

Axar.az xəbər verir ki, bu sözləri Belqorod vilayətindən Rusiyaya daxil olmağa hazırlaşan Rusiyanın Azadlığı Legionunun döyüşçülərindən biri sərhəddən yaydığı video-müraciətdə deyib.

“Putinin hərbi çaqqallarından bizə çoxlu silah-sursat qalıb. Buna görə tərəfdarlarımızı daha çox silahla təmin edə bilirik. Biz Moskvada ağ-mavi –ağ bayrağımızı qaldırmaq üçün Belqoroddan Vladivostoka qədər bütün Rusiyanı azad etməyə gedirik”, - o qeyd edib.

Xatırladaq ki, legion ilk dəfə 22 mayda Belqoroda girmiş, Qrayvoron şəhəri də daxil olmaqla, bir neçə kəndi ələ keçirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.