Rusiyadan Paşinyana gözlənilməz tərif gəldi... - “Onun müdrik rəhbərliyi ilə...”
1-06-2023, 12:47
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç Ermənistan Respublikasının baş naziri, Avrasiya Ali İqtisadi Şurasının üzvü, Avrasiya Hökumətlərarası Şurasının üzvü Nikol Paşinyanı doğum günü münasibətilə təbrik edib.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, Rusiya rəsmisi tərəfindən göndərilmiş bu gözlənilməz tərif dolu təbrik haqda məlumatı “Aysor” nəşri yayıb.
“AİK Kollegiyasının sədri təbrik məktubunda qeyd edib ki, Nikol Paşinyanın müdrik rəhbərliyi ilə Ermənistan dövlətin rifahının inkişafına və sabit artımın təmin edilməsinə yönəlmiş mühüm siyasi və sosial-iqtisadi islahatlar həyata keçirir.
Ayrılıqda Mixail Myasnikoviç Nikol Paşinyana Aİİ ölkələri arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə verdiyi xüsusi diqqətə görə təşəkkür edib”- məlumatda belə deyilir.