Danışıqlar baş tutmadı - Rusiya vilayətində döyüş davam edir

5-06-2023, 11:59           
Danışıqlar baş tutmadı - Rusiya vilayətində döyüş davam edir
Kreml könüllülərin Belqorod vilayətinin sərhədyanı ərazilərində reydlərinə necə reaksiya verəcəyini bilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

İnstitut Ukrayna ilə sərhəddən 3.5 km məsafədə yerləşən Novaya Tavolyanka kəndi ərazisində “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionunun varlığını təsdiqləyib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da kənd yaxınlığında gedən döyüşlər barədə məlumat verib.

“Rusiyanın ziddiyyətli cavabları və Belqorod vilayətindən reydlə bağlı gələn xəbərlər Kremlin bu transsərhəd reydlərə necə reaksiya verəcəyinə hələ qərar vermədiyini sübut edir”, - məlumatda bildirilir.

ISW bu gəlişmə ilə bağlı Rusiya rəhbərliyinin təbliğatına diqqət çəkir: bəziləri əhalini sakitləşdirməyə çalışır, digərləri isə əksinə, Rusiyanın salamat qalması üçün müharibə aparması tezisini dəstəkləyir.

“Rusiyanın cavabı əsasən təsiredici informasiyaya yönəlib. Rusiya rəhbərliyinin sərhədyanı bölgələrdə reydlərin qarşısını almaq üçün daha geniş siyasət qurduğuna dair heç bir əlamət yoxdur. Rusiya hakimiyyətinin buna görə cavab verib-verməyəcəyi də bəlli deyil”, - institut qeyd edir.

Bir neçə gündür Belqorodda “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionu ilə hökumət qüvvələri arasında döyüşlər gedir. Dünən könüllülər qubernatordan görüş tələb ediblər. Qubernator əvvəlcə görüşlə razılaşsa da, sonradan bu sözünü geri götürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.