Vaşinqton səmasında həyəcan: Havaya qırıcı təyyarələr qaldırıldı

5-06-2023, 12:31           
Vaşinqton səmasında həyəcan:
ABŞ-nin paytaxtı Vaşinqtonun səmasına qırıcı təyyarələr qaldırılıb.

Buna səbəb “Cessna Citation” biznes-jetinin Vaşinqton hava məkanını pozması və qonşu Virciniya ştatında qəzaya uğraması olub.

Məlumata görə, təyyarə avtopilotda olub, xəbərdarlıqlar və pilotla əlaqə saxlamaq cəhdləri cavabsız qalıb. Eyni zamanda, qeyd olunub ki, təyyarənin qəzaya uğramasına səbəb qırıcılar olmayıb.

Təxminən eyni vaxtda Vaşinqton və ətraf ərazilərin bəzi sakinləri güclü gurultu eşidiblər. Səsin bu hadisə ilə bağlı olduğu vurğulanıb.

Qəza zamanı ABŞ Prezidenti Co Bayden Ağ Evdə olmayıb. O, Vaşinqton ətrafındakı Endryus hərbi bazası (Merilend) yaxınlığında qolf oynayırmış. Bildirilir ki, qırıcılar məhz bu bazadan havaya qaldırılıb.

ABŞ Federal Aviasiya İdarəsi Virciniya ştatının cənub-qərbində biznes-jetin qəzaya uğraması barədə məlumatı təsdiqləyib. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hadisə ABŞ Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacaq.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.