General Putini Hitlerə bənzədib -"Sky News "

5-06-2023, 17:58           
General Putini Hitlerə bənzədib -"Sky News "
"Putin də Hitler kimi səhvə yol verərək, emosiyalara əsaslanaraq irrasional qərarlar verir. Bu da onu məhvə aparır".
Bizimyol.info xəbər verir ki, bazar günü, iyunun 4-də "Sky News" bunu Britaniya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Şon Bellə istinadən yazır.

“İkinci Dünya Müharibəsində nasist Almaniyası Britaniyanı işğal etməyə hazırlaşırdı, lakin Hitler əvvəlcə Britaniya Hərbi Hava Qüvvələrini məhv etməli idi. Britaniya döyüşü RAF-ı diz çökdürdü; lakin Müttəfiqlərin Alman şəhərlərini bombalamaq cəhdlərinə qəzəblənən Hitler Hərbi Hava Qüvvələrindən Londona keçdi. Bu, RAF-ın bərpasına imkan verən və müharibənin gedişatını dəyişməyə kömək edən məntiqsiz bir qərar idi”, - deyə Şon Bell bildirib.

General-mayorun qeyd etdiyi kimi, Putinin hərbi təcrübəsi yoxdur və onun Ukrayna paytaxtını nadir ballistik raketlərlə bombalamaq barədə emosional qərarları hərbi strategiyaya ziddir.

“Kiyevə raket hücumları heç bir hərbi fayda gətirmir və Rusiya tərəfindən müharibənin sona çatmasına kömək etmir; bunlar sadəcə olaraq məyus bir liderin hərəkətləridir”, - deyə Bell hazırda Rusiyanın apardığı müharibə taktikasına münasibət bildirərkən qeyd edib.

Ekspert bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsini vurmaq üçün ruslara peyk şəkillərinin inteqrasiyası və real vaxt rejimində təhlili daxil olmaqla kompleks hədəfləmə sisteminə ehtiyac var. O vurğulayıb ki, bu, Rusiya Federasiyasının Müdafiə Nazirliyi üçün qeyri-mümkün missiyaya çevrilib. Və Rusiyanın edə biləcəyi yeganə şey mülki əhaliyə atəş açmaqdır.

Peskov əmin edib ki, Rusiya əsl müharibə aparmır, Ukraynada infrastrukturu və insanların həyatını qorumağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.