Priqojin Şoyqunu “gopçu baron Münhauzen” adlandırdı

8-06-2023, 00:04           
Priqojin Şoyqunu “gopçu baron Münhauzen” adlandırdı
“Əsas zərbə sürətli və güclü olacaq. Ukrayna silahlı qüvvələrinin hücumdakı ilk uğurları həlledici irəliləyiş üçün sadəcə hazırlıq xarakteri daşıyır”.

Tribunainfo.az xəbər verir ki, “The Economist” və Müharibə Araşdırma İnstitutunun (ISW) hesabatında bu məlumat yer alıb.

Xarici müşahidəçilər Ukrayna silahlı qüvvələrinin cəbhədə taktiki uğurlar qazandığını qeyd edirlər:

Donetsk vilayətinin cənubunda Velyka Novosyolka-Novodonetsk istiqamətində12 km-dən çox məsafədə cəmi 10 piyada döyüş maşını ilə Rusiya rabitə xəttini kəsən uğurlu zərbə endirilib;

Donetsk vilayətinin şimalında Soledar, Mayorsk, Xromovoye və Boqdanovada RF silahlı qüvvələrinin mövqeləri vurulub; Zaporojye bölgəsində, Melitopolda yeni partlayışlar barədə xəbərlər gəlir. Bu da Ukraynanın növbəti hücumunun (Berdyansk istiqaməti) ehtimal olunan növbəti hədəfinin Rusiyanın cənub və şimal cinahını təcrid etmək olduğunu göstərir. Bundan başqa, Orexovo-Vasilevka, Paraskoveyevka, İvanovski və Kleşçeyevka istiqamətlərində 0,5-1,5 km irəliləmələrin olduğu qeyd edilir.

Britaniya mənbələri həmin ərazilərdə səhər saatlarına kimi “Ukraynanın strateji üstünlük” qazandığını vurğulayır. “Biz yavaş-yavaş, lakin əminliklə gündə 100-300 metr cinahlarda hərəkət edirik”, – deyə ukraynalı hərbçi “France 24”ə şərh verib.

Rusiyada isə Ukraya ordusunun hücum imkanlarının artıq tükəndiyinə inanırlar. Müdafiə naziri Sergey Şoyqu müxtəlif istiqamətlərdə hücuma keçən Ukrayna ordusunun heç bir yerdə uğur qazanmadığın və xeyli itki verdiyini söyləyib. Onun bu sözləri siyasi rəqibi Yevgeni Priqojin tərəfindən ələ salınıb. Priqojin öldürülən ukraynalı əsgərlərin sayı ilə bağlı müdafiə nazirinin hesabatına bu sözlərlə gülüb: “Baron Münhauzen dincəlir – o, indi özünün vəhşi fantaziya səltənətindəndir”.

Bazar ertəsi Ukrayna prezidentinin ofisi hücumun hələ başlamadığını bildirib. Ofis rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun hesabatlarını “virtual həyatdan götürülən məlumatlar” adlandırıb.

Ukrayna silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan Ukrayna hərbçilərinin cəbhədə “mövqe” əməliyyatları apardığını, rusların müdafiəsində zəifliklər axtardığını və bir sonrakı irəliləmə üçün dayaq əldə etdiyini bildirib.

“Bu, hələ ki, əsas zərbə deyil, yalnız buna hazırlıqdır. Eyni zamanda bir neçə yerdə sürətli və güclü zərbələr endiriləək, müdafiənin tam dərinliyinə qədər irəliləyişlər olacaq. Hələlik əsas qüvvələr işə salınmayıb”, – deyə polkovnik qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.