Bədnam baronessadan “qanlı” bəyanat - VİDEO

8-06-2023, 12:14           
Bədnam baronessadan “qanlı” bəyanat - VİDEO
“Ümid və dua edirəm ki, səbirli erməni xalqı öz torpaqlarında sülh və ləyaqət içində yaşamaq imkanı uğrunda mübarizəni davam etdirəcək”.

Bunu Qarabağ ermənilərinə müraciətində bədnam britaniyalı baronessa Karolin Koks bəyan edib.

“Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjet məhz bu mövzuya həsr olunub.

Qeyd edilib ki, Qarabağdan minlərlə kilometr aralıda, İngiltərədə qayğısız həyat sürən baronessanın bəyanatını Böyük Britaniyanın rəsmi mövqeyilə əlaqələndirmək olmaz.
“Koks müraciətində ​​bildirir ki, dünya ictimaiyyəti Qarabağ ermənilərini unudub və Ermənistanı sülh imzalamağa məcbur edir. Halbuki belə olan halda Bakı onlar üçün “soyqırımı” təşkil edəcək. Qarabağ ermənilərini xeyli qorxudan yaşlı qadın onlara döyüşməyi tövsiyə edir. Üstəlik, müraciətin böyük bir hissəsi azərbaycanlıların onlara qarşı törətdikləri vəhşiliklər haqqında soyuq xatirələrə həsr olunub. Bu cür detallar Qarabağ bölgəsinin etnik erməni əhalisinin şüurunda qisasçılıq hissi oyatmaq, onları döyüşə qaldırmaq məqsədi daşıyır”, - deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in videomaterialında:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru