Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş ərazilərimizin taleyi necə olacaq?..

8-06-2023, 10:28           
Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş ərazilərimizin taleyi necə olacaq?..
“Məhz bu səbəbdən baş nazir Paşinyan davamlı olaraq Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını vurğulayır...”

“Azərbaycanın Ermənistan ərazisində olan torpaqları yalnız anklav hesab edilən məlum 8 kəndlə məhdudlaşmır. Sovetlər dövründə həm Laçın, həm Kəlbəcər, həm Qazax və s. rayonların ərazilərindən kifayət qədər böyük torpaq sahələri Ermənistan SSR-ə birləşdiriılib”.

Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev SSRİ imperiyası dönəmindən bəri əsassız olaraq Ermənistanın nəzarətində qalan Azərbaycan ərazilərindən danışarkən bildirib.

“Bu məsələni həll etmək üçün cənab Prezident daha əvvəl sərhədlərin delimitasiya və demarkasiyasını müxtəlif illərin xəritələrindən istifadə etməklə aparmağı təklif etmişdi. Bu da Ermənistan tərəfi dərindən narahat edən problemlərdən biridir. Məhz bu səbəbdən baş nazir Paşinyan davamlı olaraq Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını vurğulayır və bizim tərəfdən də Ermənistanın 29,8 min kvadrat kilometrlik ərazisinin tanınmasına çalışır. Lakin diqqət etsəniz, rəsmi Bakı heç vaxt Ermənistanın ərazi bütövlüyünü məhz 29, 8 min kvadrat kilometrlik sahədə qəbul etdiyini bildirməyib. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq, ancaq hələlik bunu kvadrat kilometrlərlə ifadə etməmişik. Bu da məhz sovet dövründə əsassız olaraq Ermənistana verilən ərazilərlə bağlıdır”, -deyə açıqlamasının davamında ekspert vurğulayıb.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru