“Kerobyan “günah keçisi”dir” – Ermənistanın İqtisadiyyat naziri niyə istefa verib?

15-02-2024, 08:54           
“Kerobyan “günah keçisi”dir” –
Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan istefa verib. “AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Kerobyan bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Nazir istefasının konkret səbəbini açıqlamayıb və Nikol Paşinyana minnətdarlığını bildirib: “2020-ci il noyabrın 20-də nazir vəzifəsinə başlayanda hakimiyyət dəyişikliyi ehtimalı çox yüksək olduğundan bu vəzifədə cəmi bir neçə gün və ya ay qalma ehtimalım var idi. Bu müddət ərzində çoxlu fikir ayrılıqlarına görə dəfələrlə bu işi tərk etmək istəsəm də, özümə qalib gəlirdim. Ölkəmə xidmət etmək fürsətinə görə Baş nazirə təşəkkür edirəm”.

Son zamanlar Ermənistan hökuməti ölkə iqtisadiyyatını tez-tez az qala dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi təqdim edir. Lakin hamıya məlumdur ki, bu “sürətli inkişaf” Ermənistanın sanksiya altında olan malları Rusiyaya ötürməsi hesabına başa gəlir və sabun köpüyündən başqa bir şey deyil. Bunu Ermənistanda da çoxları anlayır.

“Dünyanın ən böyük “iqtisadi artımı” olan ölkələrindən birinin İqtisadiyyat naziri istefa verir... Həm iqtisadiyyat, həm də iqtisadi artım sabun köpüyü kimi yalan, saxta rəqəmlərə söykənərkən bu, gözlənilməz ola bilməzdi”. Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Artur Xaçatryan öz “Facebook” səhifəsində yazıb. O, nazir Kerobyanı “günah keçisi” adlandırıb: “Mən Vahan Kerobyanın ən sərt tənqidçisi idim, hökumətin iqtisadi siyasətinin qısamüddətli fürsətçiliyə əsaslandığına və heç bir halda ölkənin iqtisadi potensialının və ya rəqabət qabiliyyətinin artırılmasına kömək etmədiyinə inanırdım və indi də inanıram. Amma bizdə məsul şəxslər və günahkarlar fərqlidir. Ona görə də həmişə “günah keçisi” tapılacaq”.

“AzPolitika.info”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.