İqtidar da ideoloji mövzuları sevmir, 30 ildir özü üçün yaratdığı müxalifət də...

15-02-2024, 10:34           
İqtidar da ideoloji mövzuları sevmir, 30 ildir özü üçün yaratdığı müxalifət də...
Prezident adiçmə mərasimində yenə iqtisadiyyata az yer ayırdı – bu sahədə problemlərin artması göz qabağındadır. Problemlərin çözümü isə siyasi sistemin özünün ayarlarının dəyişdirilməsindən keçir. Təəssüf ki, siyasi sitemin ayarları haqqında ipucları olmadı – yeni dövr sözünü bir neçə dəfə işlətdi, amma bu dövrün nədən ibarət olduğunu açıqlamadı və ən yaddaqalan mesaj Türk dünyası, Türk Respublikaları ilə bağlı inteqrasiya məsələsi oldu.
Maraqlıdır ki, bu mövzu 30 ildir, əsasən, müxalifətin böyük bir hissəsinin mövzusu idi, bu mövzunu həmin müxalif qrupun əlindən aldı, indi həmin kəsimin tutunduğu başqa bir mövzu var – Rəsulzadə, məncə, bu mövzunu da iqtidar özününküləşdirəcək, bundan sonra həmin 30 illik müxalifətin dayaq nöqtəsinin nələr olacağı maraqlıdır, çünki, elmi-politoloji, iqtisadi və idioloji mövzulara girə bilmirlər, biz cəhd edəndə də hər dəfə ən çox tək hakimiyyətdən deyil, məhz o kəsmdən də təhqir-tənqid almışıq. İqtidar da ideoloji mövzuları sevmir, 30 ildir özü üçün yaratdığı müxalifət də...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.