2024-cü ildə Ermənistan Bakı və Moskvanın güclü təzyiqi altında olacaq – Tom de Vaal

15-02-2024, 17:47           
2024-cü ildə Ermənistan Bakı və Moskvanın güclü təzyiqi altında olacaq – Tom de Vaal
Karnegi Fondunun aparıcı analitiki Tom de Vaal fondun saytında məqalə yazıb və burada 2024-cü ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası ehtimalına toxunub.

Tribunainfo.az xəbər verir ki, onun sözlərinə görə,İstər Ukraynada, istərsə də Cənubi Qafqazda 2024-cü il böhran və eyni zamanda avropalı siyasətçilər üçün sınaq olacaq.

Azərbaycan və Ermənistanla bağlı sual yaranır, bu il müharibə ili olacaq, yoxsa sülh. Otuz illik münaqişədən sonra iki ölkə arasında münasibətləri nizama salacaq ikitərəfli sülh sazişi üzrə danışıqlar davam edir, lakin Ermənistanın cənubunda, tarixən Zəngəzur kimi tanınan Sünik adlanan bölgədə və onun ətrafında zorakılıq təhlükəsi qalmaqdadır.

Qarabağ əməliyyatı son ana qədər münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışan Azərbaycanla Qərb arasında münasibətlərin soyumasını sürətləndirdi. Bu, Ermənistanla Rusiya arasında münasibətlərin əhəmiyyətli dərəcədə qırıldığı və Aİ-nin Ermənistanla əməkdaşlığını genişləndirdiyi bir vaxta təsadüf edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.