Baydendən Netanyahuya daha bir XƏBƏRDARLIQ

16-02-2024, 16:20           
Baydendən Netanyahuya daha bir XƏBƏRDARLIQ
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, Ağ Evin yaydığı açıqlamaya görə, telefon danışığı zamanı iki lider girov mübadiləsi ilə bağlı danışıqları müzakirə edib və Bayden bütün əsirlərin tezliklə azad edilməsi üçün çox çalışacaqlarını qeyd edib.

Bayden vurğulayıb ki, İsrail dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün etibarlı və mümkün plan olmadan Rafah şəhərinə hücum etməməlidir.

Qəzzaya hücumu və işğalı nəticəsində on minlərlə fələstinlini qətlə yetirən İsrail, bölgənin şimal və mərkəzi bölgələrində əhalinin əksəriyyətini Misir sərhədindəki Rəfah şəhərində cəmləşdirməyə məcbur edib.

İsrail hücumlar boyu şimaldakılar üçün təhlükəsiz zona elan etdiyi cənub bölgəsini indi qurudan işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir.

Təxminən 1 milyon 400 min dinc sakin Rəfahda sıxışıb.

Beynəlxalq ictimaiyyət İsrailə xəbərdarlıq edir ki, Rəfaha hərtərəfli hücum yeni və böyük faciəyə səbəb olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru