Avropa İttifaqının rəhbərləri Navalnının ölümü ilə bağlı bəyanat yayıb

17-02-2024, 08:43           
Avropa İttifaqının rəhbərləri Navalnının ölümü ilə bağlı bəyanat yayıb
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı birgə bəyanat yayıb.

“Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı bu gün yayılan xəbərlər bizi şoka salır və kədərləndirir. Bizim düşüncələrimiz onun həyat yoldaşı Yuliya Navalnaya, ailəsi, Rusiyada və onun hüdudlarından kənarda Rusiyanın demokratik və dinc gələcəyinə inananların hamısı ilədir. Biz onun xatirəsini bir azadlıq döyüşçüsü kimi yad edəcəyik.

Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət və qətiyyət nümayiş etdirdi. O, mənfur sui-qəsd cəhdindən sonra cəsarətlə Rusiyaya qayıtdı. O, Rusiyada demokratlara və vətəndaş cəmiyyətinə ümid verdi, buna görə də ölkənin hər yerindən çoxlu insan onun aksiyalarına qoşulub mesajlarını dinlədi” – deyə bəyanat müəllifləri qeyd ediblər. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.