Mövqelərimizin atəşə tutulması Paşinyana qarşıda təxribatdır

16-02-2024, 07:54           
Mövqelərimizin atəşə tutulması Paşinyana qarşıda təxribatdır
Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub. Bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Bu artıq nəbz yoxlaması deyil. Azərbaycan mövqelərinin atəşə tutulması tendensiyaya çevrilməkdədir. Bu Azərbaycanla yanaşı Ermənistanın baş naziri Nikol Paşinyana qarşı da təxribatdır. Ermənistanda Paşinyanın mövqelərini zəiflətmək üçün bölgədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr fəallaşıblar və bu təxribatı Paşinyan Almaniyada olarkən reallaşdırıblar. Bizim üçün təxribatın kimin və ya kimlərin həyata keçirməsinin fərqi yoxdur, təxribatın icraçılarına zərbələr endiriləcək. Bu təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər. Azərbaycan ordusu hər dəfə qarşı tərəfin təxribatına cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb və uğur qazanıb. Qarşı tərəf bu dəfə də özünə quyu qazmaqla məşğuldur.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru