İran yenə də Ermənistanın "xalası" kimi danışdı: Razı ola bilmərik ki...

17-02-2024, 09:36           
İran yenə də Ermənistanın "xalası" kimi danışdı: Razı ola bilmərik ki...
“Region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməlidir və bu, İranın son mövqeyidir”.

Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına açıqlamasında Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavabında deyib.

“İranın yekun mövqeyi ondan ibarətdir ki, biz heç bir şəkildə ərazi dəyişikliklərinə razı ola bilmərik. İstənilən ərazi dəyişikliyi iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında baş verməlidir və bu, bizim yekun mövqeyimiz olacaqdır”, - səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, İran üçün Ermənistan ətrafında gərgin vəziyyətin müşahidə edilməsi qəbuledilməzdir:

“Biz bütün tərəfləri mümkün qədər tez isti və sülh münasibətləri qurmaqda dəstəkləyirik. Biz əminik və inanırıq ki, yeganə yol sülh münasibətləri və mehriban dialoqdur. Bizim regionda sülhü bərqərar etmək üçün bütün tərəflərlə əlaqələrimiz və dialoqumuz var”.
musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru