Zelenski Trampı cəbhəyə dəvət etdi

18-02-2024, 10:24           
Zelenski Trampı cəbhəyə dəvət etdi
“Həqiqəti ona göstərmək üçün Trampla birlikdə Ukrayna hərbçilərinin mövqelərinə baş çəkməyə hazıram”.

“Cebhe.info” “Kanal 24”-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 17-də Münhen konfransı zamanı deyib.

“Əgər biz müharibəni necə bitirəcəyimizlə bağlı söhbətimiz olacaqsa, qərar qəbul edənlərə əsl müharibənin necə göründüyünü nümayiş etdirməliyik. Bu, “Instaqram”-dakı müharibə yox, əsl müharibədir”, - deyə o qeyd edib.

Zelenski həmçinin əlavə edib ki, Ukrayna buna hazırdır, çünki bütün namizədlər və hər iki partiyanın nümayəndələri Ukraynada baş verənlərdən xəbərdar olmalıdırlar.

Bundan əvvəl Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-nin Ukraynadakı müharibəni tez bir zamanda dayandırmağa kömək edəcəyini bildirib. Ayova ştatında çıxışı zamanı o, Vladimir Putinlə yaxşı münasibətlərə malik olduqları üçün razılığa gələ bildiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru