İngiltərədən kritik qərar: Kemeron bu adaya gedir

18-02-2024, 11:21           
İngiltərədən kritik qərar: Kemeron bu adaya gedir
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Amerika qitəsinə səfərdən əvvəl yaxın günlərdə Folklend adalarına gedəcək.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Folklend adaları Britaniya ailəsinin dəyərli hissəsidir və onlar bu ailənin bir hissəsi olaraq qalmaq istədikcə, onların suverenliyi müzakirə mövzusu olmayacaq", - nazir səfərdən əvvəl deyib.

Orada o, yerli hakimiyyət orqanları ilə görüşəcək və Folklend müharibəsi zamanı həlak olmuş britaniyalı hərbçilərin xatirəsini yad edəcək.

Qeyd edək ki, Folklend adalarına Argentina da iddia edir və bunla bağlı iki ölkə arasında zaman-zaman gərginlik yaşanır.

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru