“Bu, Rusiya üçün ölüm-dirim məsələsidir” - Putin

18-02-2024, 16:26           
“Bu, Rusiya üçün ölüm-dirim məsələsidir” - Putin
Prezident Vladimir Putin Ukrayna ilə bağlı vəziyyəti “Rusiya üçün tale, ölüm-dirim məsələsi” adlandırıb.

Bunu dövlət başçısı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Cebhe.info” xəbər verir ki, söhbətin videosunu onun “Telegram” kanalında dərc edib.

Rusiya liderinin sözlərinə görə, Qərb üçün baş verənlər yalnız taktiki mövqeyinin yaxşılaşmasıdır.

“Mən istəyirdim ki, amerikalı jurnalist Taker Karlsonla müsahibəni dinləyən insanlar başa düşsünlər ki, bunun uğurlu olub-olmadığını mühakimə etmək mənim işim deyil”.

Bundan əvvəl Karlson Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyini və güzəştə getməyə hazır olduğunu bildirib:“Bu, diplomatiya adlanan şeydir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru