Qarabağ və Rusiya bazası... - Ermənistanın yeni konstitusiyasının detalları yayıldı

19-02-2024, 18:04           
Qarabağ və Rusiya bazası... -
Ermənistanın yeni konstitusiya layihəsində nələrin əks olunduğu haqda məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri yeni layihənin Konstitusiya İslahatları Şurasında müzakirəyə çıxarıldığını yazır.

“Məlumatlara görə, yeni konstitusiya layihəsində İstiqlal Bəyannaməsindən imtina edilir, eləcə də soyqırımı iddiaları çıxarılır”, - nəşr yazır.

Ermənistanın istiqlal bəyanaməsində Azərbaycana qarşı ərazi iddiaları, o cümlədən, Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiası yer alır. Mövcud konstitusiyada da bu bəyannaməyə istinad edilir. Azərbaycan konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış edib. Ermənistan hakimiyyəti də qəbul edir ki, mövcud konstitusiya qaldığı müddətdə sülh bağlamaq mümkün olmayacaq.

Nəşr yazır ki, yeni konstitusiya layihəsində Rusiyaya qarşı da addımlar nəzərdə tutulur.

“Layihədə qeyd olunur ki, “Ermənistan özünü bitərəf ölkə elan edir, onun ərazisində xarici silahlı qüvvələr daimi əsasda yerləşə bilməz”. Bu, Rusiya bazalarının və sərhəd qoşunlarının çıxarılmasına yönəlib”, - nəşr qeyd edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.