Navalnının həyat yoldaşından Putinə şok ittiham

20-02-2024, 00:00           
Navalnının həyat yoldaşından Putinə şok ittiham
Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var.

Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb.

Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib.

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur... Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru