Bu ölkələr NATO üzvü olacaq - Lukaşenko

21-02-2024, 10:04           
Bu ölkələr NATO üzvü olacaq - Lukaşenko
Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiyanı da NATO-ya üzv edəcəklər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Finlandiyanın və tezliklə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Onlar Bosniya və Herseqovina, Moldova, Gürcüstan və Serbiyanı də alyansa cəlb edəcəklər. Və bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq. Kollektiv Qərbin iştahı və fəallığı artacaq. Vaşinqton və müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir”, - Lukaşenko bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.