Mask ABŞ hökuməti ilə gizli müqavilə bağlayıb - Pentaqona kəşfiyyat xidməti göstərir

21-02-2024, 08:24           
Mask ABŞ hökuməti ilə gizli müqavilə bağlayıb -
İlon Maskın rəhbərlik etdiyi “SpaceX” 2021-ci ildə ABŞ hökuməti ilə 1,8 milyard dollarlıq gizli müqavilə imzalayıb.

Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, şirkət ABŞ kəşfiyyatı və hərbi xidmətləri ilə əlaqələrini dərinləşdirir. Ötən müddətdə “SpaceX” ən azı bir əsas məxfi müqavilə qazanıb və müştəriləri üçün “Starshield” adlı gizli peyk proqramını genişləndirib. Şirkət müqavilədən əldə edilən vəsaitin qarşıdakı illərdə “SpaceX”-in gəlirlərinin mühüm hissəsinə çevriləcəyini gözləyir. Eyni zamanda şirkətin əlaqədə olduğu dövlət sifarişçisinin adı açıqlanmır”.

Məlumatda qeyd olunur ki, ötən ilin avqustunda “SpaceX”-in dövlət müştəriləri üçün yaradılmış “Starshield” bölməsi Pentaqonun onlarla tərəfdaşına rabitə xidmətləri göstərdiyinə görə ordudan 70 milyon dollar mükafat alıb. Bununla belə, sözügedən bölmə ictimaiyyətin nəzərindən kənarda işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru