Rusiya səfiri İtaliya XİN-ə çağırılıb

21-02-2024, 08:16           
Rusiya səfiri İtaliya XİN-ə çağırılıb
Rusiyanın Romadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya diplomatik missiyasının rəhbərinin çağırışı Aleksey Navalnı ilə bağlıdır.

Xatırladaq ki, fevralın 19-u İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani özünün “X” hesabında Brüsseldə Navalnının dul arvadı Yuliya ilə görüşdüyünü və ona Romanın tam dəstəyini vəd etdiyini yazıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.