Rusiyalı “Z-müxbir” intihar edib – Avdeyevkada 16 min Rusiya hərbçisinin itirildiyini yazmışdı

22-02-2024, 00:07           
Rusiyalı “Z-müxbir” intihar edib –
Rusiyanın tanınmış “Z-müxbir”lərindən olan Andrey Morozov intihar edib.

“AzPolitika.info” xəbər verir ki, müxalif Rusiya “Telegram” kanallarının yazdığına görə, uzun müddətdir cəbhədə hərbi müxbir kimi çalışan və səhifəsinin 100 mindən çox izləyicisi olan Morozov Kreml təbliğatçılarının təzyiq və təhqirlərindən bezərək özünü güllələyib.
Ətraflı

Morozovun intihar etdiyini İqor Strelkovun həyat yoldaşı Miroslava Reginskaya, vəkil Maksim Paşkov və Rusiyanın bir çox “Z-kanalları” təsdiqləyib. Onun “Telegram” kanalındakı son paylaşımı intihar qeydi, vəsiyyətnamə, habelə hərbi prokurorluğa kəskin silah çatışmazlığı, böyük itkilər, rotasiyanın olmaması barədə müraciətindən ibarət olub. Müxbir həmçinin, onun xidmət etdiyi bölmədə tibbi yardımın çatışmazlığı, idarəçilikdəki yalan və saxtakarlıqdan şikayət edib.

Bundan öncə isə Morozov Avdeyevkanın işğalı ilə bağlı yazı dərc edib və orada qeyd edib ki, şəhərin ələ keçirilməsi Rusiya tərəfinə 16 min canlı qüvvə itkisi və 300-ə yaxın sıradan çıxarılmış zirehli texnika bahasına başa gəlib. Lakin hərbi rəhbərlik ondan bu paylaşımını silməyi tələb edib. Morozovun sözlərinə görə, onun yazdıqlarının silinməsi əmri Kreml təbliğatçıları - Vladimir Solovyovun, Yuliya Vityazevanın və Armen Qasparyanın təzyiqləri altında verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru