Ermənistandakı Aİ missiyası Rusiyanı ittiham etdi

22-02-2024, 00:04           
Ermənistandakı Aİ missiyası Rusiyanı ittiham etdi
"Missiyamız Rusiya FTB-nin cavabdehlik zonasında olan Nerkin Xan ərazisi istisna olmaqla, Ermənistanın bütün ərazisinə səfər edə bilər".

Bunu fevralın 21-də jurnalistlərlə görüşündə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter deyib.

“Əvvəlcədən biz Nerkin Xana getməklə bağlı problemlərin yarana biləcəyini istisna etmirdik”, - Ritter bildirib.

Jurnalistlər Aİ müşahidəçilərinin Nerkin Xana buraxılmamasının nə ilə izah olunduğunu soruşduqda o, belə cavab verdi: “Bu sualı Rusiya tərəfinə vermək lazımdır. Biz Ermənistanda qonaq kimiyik. Bu məsələni Ermənistan həll etməlidir, çünki biz Ermənistanda yerləşən Rusiyanın sülhməramlı qüvvələri ilə əlaqə saxlamırıq”.

Ritterin sözlərinə görə, belə bir problem yalnız Nerkin Xanla bağlı mövcuddur.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində Nerkin Xandakı son insidentdən danışarkən bildirmişdi ki, Aİ missiyasının oraya çıxışı yoxdur:

"Orada yalnız ruslar var. Onlar son hadisənin qarşısını ala bilmədilər və nəticədə erməni tərəfi dörd nəfər itki verdi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.