Britaniya Rusiyaya sanksiyalar qoydu – Navalnının ölümünə görə

22-02-2024, 08:18           
Britaniya Rusiyaya sanksiyalar qoydu –
Böyük Britaniya rusiyalı siyasətçi Aleksey Navalnının öldüyü “Qütb canavarı” həbsxanasının rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.

Koloniyanın rəhbəri Vadim Kalinin və onun 5 müavininin Böyük Britaniyaya girişi qadağan ediləcək və onların aktivləri dondurulacaq. “Aydındır ki, Rusiya hakimiyyəti Navalnıya təhdid kimi baxıb və dəfələrlə onu susdurmağa çalışıb”, - xarici işlər naziri Devid Kemeron bildirib.

Hökumətin mətbuata açıqlamasında Britaniyanın Navalnının ölümünə cavab olaraq sanksiyalar tətbiq edən ilk ölkə olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru