ABŞ vətəndaşlarını Rusiyaya getməməyə çağırdı

22-02-2024, 12:38           
ABŞ vətəndaşlarını Rusiyaya getməməyə çağırdı
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller amerikalıları Rusiyaya getməməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o keçirdiyi ənənəvi brifinqdə danışıb.
“Heç bir Amerika vətəndaşı hər hansı bir səbəbdən Rusiyaya səyahət etməyi düşünməməlidir, çünki onun saxlanılma riski var”, - deyə M. Miller bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasında saxlanılan Rusiya və ABŞ vətəndaşlığı olan şəxslərə konsulluq xidməti verməyə davam edəcək:
“Bizim hazırda Rusiya hakimiyyət orqanları ilə o qədər də müntəzəm əlaqəmiz yoxdur, lakin səfirliyimiz bu məsələni mütəmadi olaraq qaldırmağa davam edir. Vaşinqton Rusiyada saxlanılan və ABŞ rəsmilərinin qeyri-qanuni saxlanıldığını hesab etdiyi amerikalıların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru