“Onun həkim məsləhətinə ehtiyacı var” -

23-02-2024, 00:05           
“Onun həkim məsləhətinə ehtiyacı var” -
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin son hədə-qorxu dolu açıqlamalarına Avropa Komissiyasında istehza ilə reaksiya veriblər.

Avropa Komissiyasının xarici siyasət üzrə spikeri Peter Stano Dmitri Medvedevin bəyanatlarını şərh etmək üçün heç bir səbəb görmədiyini bildirib. Bununla yanaşı, diplomat qeyd edib ki, Medvedevin psixi sağlamlıqla bağlı müalicəyə ehtiyacı var.

Medvedevin Rusiyanın Kiyev və Odessaya iddiaları barədə danışan Stano deyib: “Biz adətən diqqəti özlərinə cəlb etmək üçün var gücü ilə çalışan insanların sözlərini şərh etmirik, xüsusən də bu, hansısa məqsədlə istifadə olunan daxili “2 nömrə”dirsə. Adını çəkdiyiniz şəxsin öz psixi sağlamlığının diaqnozunu ictimai şəkildə yayımlaması bir tərəfdən yaxşı hal olsa da, burada deyilə biləcək yeganə şey ona mütəxəssis məsləhəti və köməyi tövsiyə etməkdir”.

O, əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq üçün xərclədiyi milyardlarla dolları Moskva öz vətəndaşlarının sağlamlıq proqramlarını dəstəkləməyə xərcləsəydi, daha yaxşı olardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.