Hakimiyyət Navalnının anasını şantaj edir...

23-02-2024, 00:11           
Hakimiyyət Navalnının anasını şantaj edir...
Aleksey Navalnının anası Lyudmilaya ölən oğlunun cəsədi göstərilib. O, bu barədə videomüraciətində məlumat verib.

Şantaj edildiyini deyən Lyudmila Navalnaya ona şərtlər diqtə edildiyini deyib.


“Müstəntiqlər deyir ki, ölümün səbəbi məlumdur, əllərində bütün tibbi və hüquqi sənədlər var. Qanuna görə, Alekseyin cəsədini dərhal mənə verməli idilər, amma hələ ki, etməyiblər.

Əvəzində məni şantaj edirlər və Alekseyin harada, nə vaxt və necə dəfn edilməsi ilə bağlı şərtlər diktə edirlər”, - Lyudmila Navalnaya bildirib.

Siyasətçinin anasının sözlərinə görə, müstəntiqlər Navalnını gizli şəkildə dəfn etmək istəyirlər və bununla razılaşmasa, onu hədələyiblər.

Gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfnlə razılaşmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər”, - Lyudmila Navalnaya bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru