Putindən Baydenin təhqirinə cavab gəldi

23-02-2024, 11:54           
Putindən Baydenin təhqirinə cavab gəldi
Rusiya Prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Co Baydenin onun ünvanına işlətdiyi təhqiramiz ifadələrə cavab verib.

Bu barədə Putin “Rossiya-1” telekanalına müsahibəsi zamanı deyib:

“Biz sizinlə bu barədə danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimi soruşmuşdunuz.

Mən isə, bizə fərqi yoxdur demişdim. Lakin, Rusiya üçün daha yaxın olan Baydendir demişdim. Onun son açıqlamaları mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin” deyə bilməz.

Mən o vaxt dediyimi yenə təkrar edə bilərəm: Bayden ən yaxşı seçimdir”.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini təhqir edib.

Bayden Rusiya liderinə qarşı “dəli it oğlu” ifadəsini işlədib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.