"Abxaziyadakı siyasi böhran dərinləşərsə, Rusiya "müdaxilə" edə bilər" - Qafqazda "2-ci cəbhə"...

23-02-2024, 15:48           
"Abxaziyadakı siyasi böhran dərinləşərsə, Rusiya "müdaxilə" edə bilər" - Qafqazda "2-ci cəbhə"...
“Gürcüstan münasibətlərimizin ən yaxşı olduğu qonşularımızdandır. Tarixin hər dövründə qonşularımızla bəlli proseslərdə problemlərimiz olub. Ermənistanla sərhəddimiz bağlıdır. İraqla hər dəfə bir problem, bir barışıq… Terrorun olduğu bir bölgədir. Suriya ilə daxili müharibədə meydandayıq. Yunanıstanla Egeydə problemimiz var. Bolqarıstan ən az problemimizin olduğu ölkədir. 80-90-cı illərdə oradakı Türk xalqına edilən zülmlərə görə çox ciddi problemlərimiz oldu.
Gürcüstanla tarix boyu bizim münasibətimiz çox yaxşı olub. Acariya bölgəsi, xüsusilə Batumi, ətrafında bizimlə qohum xalq olaraq gördüyümüz xalqlar da var”.

Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloq bildirib ki, Gürcüstan müxtəlif dövrlərdə Azərbaycanın siyasi məsələlərində çox vacib rol alıb.

Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın
“Gürcüstanda logistika çox inkişaf etdirilib. Azərbaycanla əlaqələrimizi gücləndirə bilmək üçün biz də çox investisiyalar etmişik. Bizim digər "qırmızı xətt"imiz Gürcüstanın suverenliyidir. Bu ölkənin ərazisində Rusiya Türkiyəyə baxmayaraq, böyük əməliyyata girə bilərmi? İnanmıram. Təbii ki, 2008-də etdiyi əməliyyat kimi bir əməliyyat aparması, Ukrayna böhranı həll olduğu halda, ola bilər. Çünki, Abxaziyada hərəkətlənmələr var. Onsuz da Gürcüstan uzun müddətdir ki, oranı idarə edə bilmir. Elektrik kəsilməsi məsələləri oldu.

Burada siyasi qeyri-sabitlik çox vacib çıxılmaz vəziyyətə sala bilər. Ukraynanın vəziyyəti belə olduğu halda, Rusiyaya qarşı 2-ci cəbhəni açmaq istəyə bilərlər. Rusiya, Ukrayna məsələsini bitirib, bura nəzər salmaq istəyə bilər. Amma, indi tikan üstündədir. Buradakı siyasi böhran nə qədər dərinləşsə, Gürcüstan o qədər zəifləyəcək. Burada biz Gürcüstanın tərəfindəyik. Gürcüstanın ərazi bütövlüyünə dəyər veririk”-deyən İhsan Alpargın vurğulayıb ki, bu Azərbaycan üçün də dəyərlidir. Çünki Qarabağ məsələsi həll olunan bu ərəfədə bu bölgənin yeni bir müharibəyə ehtiyacı yoxdur. Yeni müharibə çıxılmaz vəziyyətlər və ciddi böhranlar gətirə bilər.

“Bu bölgədəki ölkələrin hazırda yeni bir müharibəyə tab gətirə biləcəyinə inanmıram”-deyə İhsan Alpargın vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.