Aİ Ukraynaya 1,5 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir

24-02-2024, 11:48           
Aİ Ukraynaya 1,5 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir
Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursat çatışmazlığı fonunda üçüncü ölkələrdən artilleriya mərmilərinin təhvil verilməsi üçün Ukraynaya təcili maliyyə yardımı məqsədi ilə 1,5 milyard dollar toplamağa çalışır.

Qeyd olunub ki, bu sxem Ukraynaya döyüş sursatının tədarükündə, ABŞ Konqresi və Avropa fabriklərində mərmi istehsal tempinin zəyif olması ilə bağlı mübahisələr səbəbindən yaranmış gecikmələri kompensasiya etmək istəyən Çexiya tərəfindən irəli sürülüb.

Çexiyanın bu təşəbbüsünə Danimarka və Niderland da qoşulub. Ottava mərmilərin alınmasına 30 milyon Kanada dolları xərcləməyə hazır olduğunu bildirib. Kanadanın müdafiə naziri Bill Bler bununla bağlı Çexiya tərəfi ilə danışıqların aparıldığını təsdiqləyib.
Çexiya təşəbbüsünün həyata keçirilməsi fevralın 26-sı Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə keçiriləcək Ukraynaya Yardım Sammitində müzakirə olunacaq.

Mənbə: Financial Times












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.