Çindən Almaniyaya çağırış

24-02-2024, 11:27           
Çindən Almaniyaya çağırış
Çinin xarici işlər naziri Vanq Yi Pekində Almaniya Federal Kanslerinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Yens Plötner ilə görüşündə qlobal gücə və nüfuza malik iki ölkə arasında yaxşı münasibətlərin inkişaf etdirilməsinin dünyaya daha çox sabitlik təmin edəcəyini vurğulayıb.

News24.az xəbər verir ki, Avropa Birliyinin (AB) "riskləri azaltmaq" adı ilə "Çini itirməsinə" səbəb olacaq addımlar atmaması lazım olduğuna işarə edən Vanq, "Çin-AB əlaqələrində birlikdəlik və əməkdaşlıq anlayışına riayət etməliyik. Bloklar arasında qarşıdurmaya qarşı çıxın və proteksionizmdən imtina edin” dedi.

Çinli nazirin Avropanın Çini itirməsi ehtimalından danışarkən “desinsizləşdirmə” ifadəsini işlətməsi diqqət çəkib.

Vanq bəyan edib ki, dünyanın ikinci və üçüncü böyük iqtisadiyyatına sahib olan iki ölkə bir-birinin inkişafını "təhdid" deyil, "fürsət" olaraq görməli və əməkdaşlıq potensialını dəyərləndirməlidir.

Avropa Komissiyası bu yaxınlarda iqtisadi təhlükəsizliyin artırılması səyləri çərçivəsində texnologiya ixracına nəzarəti və xarici investisiyalar üçün monitorinq mexanizmlərini artırmağı planlaşdırdığını açıqladı.

Qeyd edək ki, fevralın 21-də Rusiyaya qarşı elan edilən 13-cü sanksiya paketində Komissiya ilk dəfə olaraq 4 Çin şirkətini Rusiya alıcılarına Rusiyada istehsal edilən hərbi və mülki ikili təyinatlı məhsullara çıxışına kömək, vasitəçilik etdikləri səbəbilə sanksiya siyahısına daxil edib.

Günel Məlikzadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.