Netanyahu mesaj verdi: "Parisdən qayıtdıqdan sonra..."

25-02-2024, 15:07           
Netanyahu mesaj verdi: "Parisdən qayıtdıqdan sonra..."
İsrail Nazirlər Kabineti Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqlarda növbəti addımları müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, müzakirələr İsrail nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra başlayacaq.

"Girovları azad etmək üçün yeni razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim və bu axşam biz danışıqlarda növbəti addımları müzakirə edəcəyik", - deyə B.Netanyahu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru