Kreml Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı vəziyyətə aydınlıq gətirəcək

26-02-2024, 18:25           
Kreml Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı vəziyyətə aydınlıq gətirəcək
Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması ilə bağlı aydın məlumata malik deyil.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz buna aydınlıq gətirəcəyik. Çünki sənədlərə əsasən, KTMT-də belə de-yure rejim sadəcə olaraq yoxdur", - Peskov bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.